"Fələstin dövlətinin yaradılması məsələsinə təcili baxılmalıdır" - Lavrov
Fələstin dövlətinin yaradılması məsələsinə təcili baxılmalıdır.
Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bir daha qeyd etmək istəyirəm ki, nəinki strateji xarakterli məsələləri nəzərdən qaçırmamaq, onların həlli üçün şərait yaratmağa indidən başlamaq lazımdır. Mən ilk növbədə sülh prosesinin yenidən başlanmasına hazırlığı nəzərdə tuturam", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, BMT çərçivəsində və 2002-ci il Ərəb Sülh Təşəbbüsü çərçivəsində təsdiqlənmiş beynəlxalq səviyyədə tanınmış əsaslarla danışıqlara başlamaq lazımdır. Səudiyyə Ərəbistanı kralının təşəbbüsü Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvləri tərəfindən dəstəklənib. Bu təklif 1967-ci il sərhədləri boyunca paytaxtı Şərqi Qüds olmaqla müstəqil, ardıcıl, suveren Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.
Bundan əvvəl isə İsraillə Fələstinin HƏMAS qruplaşması arasında danışıqların finişə çatdığı bildirilirdi. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, hələlik tərəflər yekun razılaşma əldə olunana qədər hər hansı açıqlama verə bilməz.
NƏRGİZ