BRİKS çərçivəsində Fələstin-İsrail qarşıdurması müzakirə olundu
BRİKS-in (Braziliya, Rusiya, Hindustan, Çin, Cənubi Afrika Respublikası) Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirəsini davam etdirməyi 2024-cü ildə də daxil olmaqla faydalı hesab edirik.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti BRİKS-in Qəzzadakı vəziyyətə həsr olunmuş fövqəladə sammitində deyib.
"Biz BRİKS çərçivəsində Fələstin-İsrail qarşıdurmasının gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsini son dərəcə faydalı hesab edirik. Əgər etiraz etmirsizsə, gələn il Rusiyanın assosiasiyaya qarşıdan gələn sədrliyi zamanı biz mümkün təmaslara başlayacağıq”, - Putin bildirib.
NƏRGİZ