"Telegram" Rusiyada dörd milyon rubl CƏRİMƏLƏNDİ

 20:38 21.11.2023     247

Moskvada məhkəmə Telegram messencerini Rusiya ordusu ilə bağlı saxta məlumatları silmədiyinə görə 4 milyon rubl cərimələyib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Bildirilir ki, messencer İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini pozmaqda təqsirli bilinib. O, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusunun fəaliyyəti ilə bağlı yalan məlumatı silməməkdə ittiham olunur.

Yusif EYVAZLI