Rusiyadan Gürcüstana gedən yeganə quru yolu BAĞLANDI

 23:01 21.11.2023     250

Gürcüstan ərazisində pis hava şəraiti ilə əlaqədar Gürcüstan Hərbi Yolu ilə bütün nəqliyyat növlərinin hərəkəti yenidən məhdudlaşdırılıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar noyabrın 21-i saat 20:40-dan etibarən Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı ərazidə Rusiya Federasiyasından çıxmaq istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, - mesajda ​​bildirilib. 

Yusif EYVAZLI