Blinken yenə İsrailə gedir

 09:36 22.11.2023     283

ABŞ dövlət katibi Entoni Blinken 4-cü dəfə İsrailə səfər etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, səfər Qəzza zolağındakı vəziyyətlə bağlı İsrail və Fələstin rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün gələn həftənin əvvəlinə nəzərdə tutulub.

Görüş Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında girovların azad edilməsinə dair razılaşmaların həyata keçirilməsi fonunda baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən