ABŞ-la İsrail Qəzza sakinlərinin müdafiəsini müzakirə etdi

 09:44 22.11.2023     278

ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığı zamanı Qəzza zolağına humanitar yardımın çatdırılmasının davam etdirilməsinin zəruriliyindən və anklavda mülki əhalinin müdafiəsi məsələsindən danışıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Agentlik bildirir ki, tərəflər İsrailin Qəzzadakı əməliyyatlarını müzakirə etmək üçün zəng ediblər. Söhbət zamanı amerikalı nazir “regionda gərginliyin qarşısının alınmasının vacibliyini” də vurğulayıb.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən