ABŞ İranın İraqdakı hədəflərinə zərbələr endirdi
ABŞ ordusu İranın hücumlarına cavab olaraq İraqdakı hədəflərə silsilə zərbələr endirib.
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Pentaqonun bəyanatında deyilir: "Bu zərbələr İranın və onun dəstəklədiyi qrupların ABŞ və koalisiya qüvvələrinə hücumlarına birbaşa cavab idi".
Bildirək ki, ABŞ hərbçilərinin yerləşdiyi Suriyanın şimal-şərqindəki Tell Beydardakı bazanı “İraqın İslam Müqaviməti” hərəkatı atəşə tutub. Radikallar hücumu ABŞ-ın dəstəyi ilə Qəzza zolağında insanlara qarşı “İsrail tərəfindən törədilən cinayətlərə” cavab adlandırıblar.
NƏRGİZ