"Qəzza zolağındakı xəstəxanalara göndərilən vəsait HƏMAS-a çatmayacaq" - İlon Mask

 10:06 22.11.2023     173

"X Corp" İsrail və Qəzza zolağındakı xəstəxanalara göndərdiyi vəsaitin Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən deyil, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti tərəfindən xərclənməsini təmin edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İlon Mask məlumat verib.

“Pulun HƏMAS-ın əlinə keçməməsini” necə təmin edə biləcəkləri sualına Mask belə cavab verib:

"Biz vəsaitin Qızıl Xaç və Qızıl Aypara tərəfindən xərclənməsinə və qəbul edilməsinə əmin olacağıq. Biz irqindən, inancından, dinindən və ya başqa bir şeydən asılı olmayaraq günahsızların qayğısına qalmalıyıq".

Qeyd edək ki, noyabrın 21-də Mask bildirib ki, onun şirkəti "X Corp" Qəzza münaqişəsi ilə əlaqəli insanlardan gələn bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və anklavın Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinə bağışlayacaq. Cavab olaraq "X" istifadəçiləri yazıblar ki, Fələstinin radikal HƏMAS hərəkatı, İsrail Səhiyyə Nazirliyinin rəsmilərinin dediyi kimi, “qırmızı Ayparadan terror fəaliyyətləri üçün istifadə edir”.

NƏRGİZ