Ermənistan müxalifəti bizdən kömək istəmişdi
"2021-ci ildə erməni müxalifəti dəstək istəyi ilə Rusiya Federasiyasına müraciət etdi".
Redaktor.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin "Moskva danışır" radiostansiyasında deyib.
"Lakin Rusiya tərəfi hakimiyyət dəyişikliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına təsir göstərə və yeni müharibəyə səbəb ola biləcəyi üçün bundan imtina edib", - o əlavə edib.
"Ermənistanın özündə də təbii ki, səhərdən axşama kimi internetdə, televiziyada və s.-də beyinləri yuyulduqları üçün Rusiyaya inam azalır. Biz bununla mübarizə aparmalıyıq", - Zatulin belə söyləyib.