570-dən çox insan Qəzzanı tərk etdi
Təxliyyə üçün Rusiya Federasiyasına müraciət edən 909 nəfərin 570-dən çoxu Qəzza sektorunu tərk edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat verib.
“Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, təxliyə üçün 909 nəfər - 639 Rusiya vətəndaşı və 271 fələstinli - kömək istəyib. İndiyədək Rəfah keçid məntəqəsindən 484 vətəndaş, eləcə də digər dövlətlərin vətəndaşı olan 87 nəfər keçib”.
NƏRGİZ