Almaniya Ermənistana 84,6 milyon avro yardım edəcək
Almaniya hökuməti Ermənistana qrant və kredit şəklində 84,6 milyon avro məbləğində yardım edəcək.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan və Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dövlət katibi Niels Annen İrəvanda iki gün davam edən hökumətlərarası danışıqların yekunlarına dair mətbuat konfransında bildiriblər.
"Almaniya tərəfindən göstərilən əlavə yardım orta texniki təhsil sahəsində, eləcə də bərpa olunan enerji sahəsində yeni proqramların həyata keçirilməsinə yönəldiləcək", - Kerobyan qeyd edib.
Ermənistan və Almaniya hökumətlərarası danışıqlara dair protokol imzalayıblar.
Qeyd edək ki, bu, 2014-cü ildən bəri ilk rəsmi danışıqlardır.
NƏRGİZ