Daha 100 nəfər Qəzzadan Türkiyəyə qayıdıb
Təxminən 100 nəfərdən ibarət daha bir qrup Qəzzadan təxliyə olunaraq Türkiyəyə qayıdıb.
Redaktor.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keceli jurnalistlərə qrupun daha əvvəl planlaşdırılan gəlişi barədə məlumat verib.
“TRT Haber”in məlumatına görə, bu günə qədər Türkiyə hakimiyyətinin Fələstin anklavından təxliyəsinə köməklik etdiyi 350-yə yaxın vətəndaşı və sakini Qəzzadan Türkiyəyə qayıdıb. Ümumilikdə Türkiyə minə yaxın insanı münaqişə bölgəsindən çıxarmağı planlaşdırır.
NƏRGİZ