"İsrailin Qəzzadakı hərəkətləri özünümüdafiə hüququ ilə izah edilə bilməz" - Ərdoğan

 17:25 22.11.2023     220

"İsrailin Qəzza zolağındakı hərəkətləri özünümüdafiə hüququ ilə izah edilə bilməz".

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "G20"-nin onlayn iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal olunan Fələstin ərazilərində, xüsusən də Qəzza zolağında baş verən faciə insan dözümlülüyünü aşıb:

"İnsanlığa qarşı cinayət törədilir. İsrail bundan əvvəl cavab verməlidir. Girovların dəyişdirilməsi sazişi müsbət haldır. Ümid edirəm ki, bu addım bizim prioritetimiz olan və ən qısa zamanda yaradılmasını gözlədiyimiz daimi atəşkəsə gətirib çıxaracaq".

Həmidə İBRAHİMLİ