"G20 ölkələri süni intellektin tənzimlənməsi üçün birlikdə çalışmalıdırlar"
"G20 ölkələri süni intellektin istifadəsi qaydaları üzərində birgə işləməlidir".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Nyu-Dehlinin virtual olaraq keçirdiyi G20 sammitinin açılışında çıxış edən Hindistanın baş naziri Narendra Modi deyib.
"Bu gün, süni intellekt dövründə texnologiyadan məsuliyyətlə istifadə etmək lazımdır. Dünyada süni intellektin neqativ istifadəsi ilə bağlı narahatlıq artır. Hindistanda aydın bir baxış var ki, biz süni intellektin qlobal tənzimlənməsi üzərində birgə işləməliyik",- deyə baş nazir bildirib.
Modi qeyd edib ki, Hindistan süni intellekt üzrə tərəfdaşlıq sammitinə ev sahibliyi etməyə hazırlaşır.
"Əminəm ki, hamınız bu işdə əməkdaşlıq edəcəksiniz", - deyə Hindistan hökumətinin başçısı vurğulayıb.
Həmidə İBRAHİMLİ