Finlandiya Rusiya ilə sərhədini BAĞLADI
Finlandiya Rusiya ilə sərhədini demək olar ki, tamamilə bağlamaq qərarına gəlib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, doqquz keçid məntəqəsindən səkkizi fəaliyyətini dayandıracaq.
Finlandiya-Rusiya sərhədini yalnız ən şimal sərhəd məntəqəsi - “Raya-Xosepi” vasitəsilə keçmək mümkün olacağı dəqiqləşir. Noyabrın 24-dən 25-nə keçən gecə və keçid məntəqələri ən azı 23 fevral 2024-cü il tarixinə qədər bağlı olacaq.
Yusif EYVAZLI