Xan Yunisə endirilən zərbələr nəticəsində azı 15 nəfər həlak olub - "Əl-Cəzirə"

 09:54 23.11.2023     291

İsrail silahlı qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yaşayış binalarına hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, beş ev atəşə tutulub. Hücumlarda ən azı 15 nəfər həlak olub. Bir neçə nəfər itkin düşmüş hesab olunur.

Həmidə İBRAHİMLİ

Vumart və Güvən reklamı Vumart Güvən