"Rusiya 5-7 ilə öz döyüş qabiliyyətini tam bərpa edəcək"

 10:20 23.11.2023     222

Çexiya prezidenti Petr Pavel Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasının döyüş qabiliyyətini tam bərpa etməsi üçün nə qədər vaxt lazım olacağını təxmin edib. Hazırkı hesablamalara görə, bunun üçün Rusiyaya ən azı 5-7 il vaxt lazımdır.

Redaktor.az bu barədə "UNİAN"a istinadla xəbər verir.

Prezidentin sözlərinə görə, hesablamada vəziyyəti dəyişə biləcək bir çox amillər var:

"Bu, həqiqətən, Ukraynadakı münaqişənin nəticəsinin necə olacağından asılı olacaq".

Eyni zamanda, Pavel qeyd edib ki, NATO Rusiyanı Avropada ən böyük təhlükə kimi qəbul edir.

O, Ukraynanın dəstəyinin Avropa ölkələrinin təhlükəsizliyi üçün vacib olduğunu da vurğulayıb.

"Rusiyanın təcavüzü hamımıza təsir edir, ona görə də Ukraynanı dəstəkləmək bizim təhlükəsizliyimiz üçün vacibdir. Eyni zamanda, bu, həm də humanist addımdır. Rusiya itkilərə və Ukraynaya dəyən ziyana görə məsuliyyət daşımalıdır. Ona görə də biz qətiyyətlə davam etməliyik. Ukraynaya və onun vətəndaşlarına hərtərəfli dəstək vermək bizim maraqlarımıza uyğundur”, - deyə Çexiya lideri əlavə edib.

Həmidə İBRAHİMLİ