Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - "Hraparak"
Gələn il Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
“Siyasi dairələr 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini fəal olaraq müzakirə edirlər. Hökumət bu məsələni gündəliyə əlavə edib”, - deyə qəzet yazıb.
Bildirilir ki, N.Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının son iclaslarından birində yeni seçkilər keçirmək və yenidən seçilmək üçün kifayət qədər addım atacaqlarını deyib.