"İsrailli girovların azad edilməsinin ilk iki günü sınaq olacaq" - CNN
Fələstinin HƏMAS hərəkatının əsir götürdüyü israilli girovların azad edilməsinin ilk iki günü sınaq xarakteri daşıyacaq və bu müddət ərzində tərəflər prosesin necə işlədiyinə əmin ola biləcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə CNN öz mənbəsinə istinadən məlumat yayıb.
“Birinci mübadilə mexanizmin razılaşmalara uyğun işləməsini təmin etmək üçün ən vacibidir”.
Məlumata görə, üçüncü günə qədər 50 nəfərlik ilkin qrupdan əlavə, girovların azad edilməsinin mümkün ikinci mərhələsi ilə bağlı müzakirələrin başlanması gözlənilir.
Kanal qeyd edir ki, girovlar Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən Rəfaha aparılacaq, orada onları xüsusi təlim keçmiş İsrail əsgərləri qarşılayacaq və azad edilənlərin kimliyini yoxlayacaqlar. Daha sonra onlar helikopterlə İsrail xəstəxanalarına aparılacaq, orada onlar üçün kənar şəxslərə bağlı xüsusi otaqlar yaradılacaq. Mənbənin CNN-ə verdiyi məlumata görə, razılaşmanın bir hissəsi olaraq Qırmızı Xaç Cəmiyyətinin Qəzzada hələ də qalan girovlara baş çəkə və onlara tibbi yardım göstərə biləcəyi gözlənilir.
NƏRGİZ