ABŞ-ın keçmiş dövlət katibi bu şuraya seçilmədi
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın namizədliyi nəzərdən keçirilsə də, Amerika texnologiya şirkəti “OpenAI”-nin yenilənmiş direktorlar şurasına daxil edilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Raysın namizədliyinin rədd edilməsinin səbəbləri açıqlanmayıb.
“Bloomberg” həmçinin yazır ki, direktorlar şurasının yeni tərkibi “böyük müxtəlifliyi əks etdirməlidir”, ona görə də namizədlər siyahısına qadınlar da daxil edilib. Hazırda şirkət müvəqqəti direktorlar şurası tərəfindən idarə olunur. Onlar şirkətin daimi lideri olacaq şəxsləri təsdiq etməli olacaqlar.
Sam Altman bir gün əvvəl, noyabrın 22-də “OpenAI”-nin baş direktoru vəzifəsinə qayıtdığını təsdiqləyib. O, sosial şəbəkələrdə yazıb ki, korporasiyanı sevir və son bir neçə gündə etdiyi hərəkətlər komandanı və onun missiyasını qoruyub saxlamaq məqsədi daşıyır.(Publika)