Kreml Çexiya Prezidentinin bəyanatını isterik adlandırdı
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çexiya Prezidentinin Avropa ölkələrinin Rusiya ilə intensiv hərbi münaqişəyə hazırlaşmalı olması barədə bəyanatını isterik adlandırıb.
Redaktor.az xəbər verir ki, Kremlin sözçüsü Rusiya Federasiyasının Avropa İttifaqı üçün heç bir təhlükə törətmədiyini vurğulayıb.
"Son bir il və ya hətta bir neçə il ərzində biz Praqadan çoxlu isterik bəyanatlar eşitmişik. Bu cür isterik əhval-ruhiyyə Çexiya rəhbərliyinə yaraşmır. Nə demək olar, indi onlarda hakimiyyətdə belə siyasətçilər nəsli var. Bu, daha çox onların problemidir, bizim yox. Rusiya Avropa üçün təhdid yaratmır, əksinə Avropa Rusiya üçün təhlükə yaradır ”, – deyə Peskov “Moskva. Kreml. Putin” proqramının müəllifi Pavel Zarubinə müsahibəsində deyib.