Ermənistan KTMT-nin bu təkliflərini rədd etdi
Ermənistan KTMT Parlament Assambleyasının daimi komissiyalarının videokonfrans vasitəsilə keçirilən birgə iclasında təqdim olunan üç qətnamə layihəsindən ikisi üzrə səsvermədə bitərəf qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan tərəfi uran tərkibli döyüş sursatından istifadənin mümkün nəticələrinə dair qətnaməni dəstəkləməyib.
Eyni zamanda Kanada parlamentində SS “Qalisia” diviziyasından olan döyüşçünün iştirakı ilə əlaqədar bəyanat layihəsini də qəbul etməyib.