Qəzzada əməliyyat ən azı iki ay çəkəcək - İsrail müdafiə naziri
İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı ən azı iki ay davam edəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"Bu qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, daha çox oğurlananların geri qaytarılması üçün təzyiq yaradılacaq. Daha iki aylıq döyüş gözlənilir", - deyə nazir bildirib.
Qalant vurğulayıb ki, hərbi əməliyyatın məqsədi dəyişməz olaraq qalır.
Yusif EYVAZLI