Atəşkəs müddətində İsrail ordusu Qəzzada QALACAQ
İsrail əsgərləri anklavda saxlanılan bəzi girovların azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatlara fasilə zamanı Qəzza zolağının daxilindəki mövqelərində qalacaq.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
"Atəşkəs başlayan andan bizim qüvvələrimiz Qəzza zolağı daxilində atəşkəs xəttində olacaq. Vurğulamaq istəyirəm - Qəzza zolağının daxilində. Onlar müqavilənin bir hissəsi kimi dəqiqləşdirilmiş və razılaşdırılmış bu sərhədlər boyunca hərəkət edəcəklər", - o, axşam brifinqində bildirib.
Yusif EYVAZLI