İranlı nazir HƏMAS lideri ilə görüşdü
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, görüş Dohada baş tutub. Tərəflər Qəzzadakı vəziyyəti və atəşkəs razılaşmasını müzakirə ediblər.