Baydenin artan problemləri

 09:39 24.11.2023     215

ABŞ prezidenti Co Baydenin Fələstin-İsrail münaqişəsi bağlı atdığı addımlar səbəbi ilə ABŞ Demokrat Partiyasında artan parçalanma onun üçün ciddi siyasi problemə çevrilir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Nəşrin müəllifləri Qəzza ilə bağlı demokratların parçalanmasını 81 yaşlı prezident üçün problem adlandırıblar. Bu, həm də Baydenin gənc seçicilərə çatması ilə bağlı problemlərin üstünə gəlir.

Ekspertlərin fikrincə, ABŞ-da prezident seçkiləri yaxın iki həftə ərzində keçirilsəydi, demokratların “həqiqətən də böyük problemi” olacaqdı.

Bundan əvvəl Ağ Evin keçmiş rəhbəri Donald Tramp Baydeni Yaxın Şərqdə münaqişəni gərginləşdirməkdə günahlandırmışdı. "Bir vaxtlar böyük ölkəmiz böyük qarışıqlıq içindədir" demişdi.

Sentyabrdakı seçkilərdə Bayden və Tramp tərəfdarlarının sayının bərabər olduğu bildirilmişdi. "Reuters" agentliyinin prezident seçkilərində amerikalılar arasında keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ-ın hazırkı prezidenti və Ağ Evin keçmiş rəhbəri eyni sayda - hər biri 39 faiz səs alacaqdılar.

NƏRGİZ