Moskvada elektrik yarımstansiyasında yanğın - İlkin səbəblər AÇIQLANDI

 09:53 24.11.2023     196

Moskvanın cənub-şərqində yerləşən “Çaqino” elektrik yarımstansiyasında baş verən yanğının ilkin səbəbinin qısaqapanma olduğu bildirilir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

İlkin məlumata görə, yanğın səhər saat dörd radələrində başlayıb. Sonra 120 tondan çox tutumu olan yanacaq çəninə keçib.

Yanğın noyabrın 24-nə keçən gecə Çaqinskaya küçəsində yerləşən "Çaqino" elektrik yarımstansiyasında başlayıb. Transformatorun yanması səbəbindən hadisə baş verib. Yanğının sahəsi 200 kvadratmetri əhatə edib. Artıq yanğın söndürülüb.

Daha sonra yanğının görüntüləri internetdə yayılıb. Görüntülərdə elektrik yarımstansiyasından qatı qara tüstünün qalxdığı görünür. 

NƏRGİZ