Kim Çen In yeni kosmik güc dövrünün başladığını ELAN ETDİ

 10:54 24.11.2023     206

İlk kəşfiyyat peyki olan "Malliqyon-1"in orbitə çıxarılması KXDR-də kosmik sənayenin inkişafında yeni eranın başlanğıcı oldu.

Redaktor.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin alimləri, mühəndisləri və əməkdaşları ilə görüşündə deyib.

“İnqilabi tariximizdə qəhrəmancasına innovasiyaların və sürətli inkişafın simvolu və sinonimi kimi parlayan yeni daşıyıcı-raket qurğumuz “Çollima”nın buraxılması kosmik gücdə yeni bir dövr açdı”, - Kim Çen In bildirib.

Noyabrın 21-də Şimali Koreya "Malliqyon-1" kəşfiyyat peyki ilə birlikdə “Çollima-1” daşıyıcı raketini orbitə çıxarıb. KCNA-nın məlumatına görə, buraxılış uğurlu olub və qurğu orbitə çıxarılıb. Şimali Koreya bundan əvvəl may və avqust aylarında iki dəfə kəşfiyyat peykini buraxmağa cəhd etsə də, hər iki cəhd uğursuzluqla nəticələnmişdi.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyanın ilk kəşfiyyat peykini orbitə çıxarmağa müvəffəq olduğunu açıqlayıb. Bununla belə, Seulun fikrincə, peykin normal işlədiyini müəyyən etmək üçün vaxt lazımdır.

NƏRGİZ