İsrail əsgərləri Beyt Hanunda fələstinlilərə atəş açdı
İsrail ordusunun əsgərləri Qəzza zolağının şimal-şərqindəki Beyt Hanun şəhərində fələstinlilərə atəş açıb.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu açıqlama ilə “Al Mayadeen” telekanalı çıxış edib.
Məlumata görə, şəhər sakinləri anklavda humanitar atəşkəs qüvvəyə mindikdən sonra dağıntıların miqyasını qiymətləndirmək üçün küçələrə çıxıblar. Kanal bildirir ki, İsrail hərbçiləri onların məskunlaşdığı ərazidə yerləşən qüvvələrinə yaxınlaşarsa, silahdan istifadə etməklə hədələyib. Onların şəhərin bir bölgəsində fələstinlilərə atəş açdıqları iddia edilir. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Həmidə İBRAHİMLİ