Andrey Odarçenko Zelenskinin partiyasından kənarlaşdırıldı

 12:44 24.11.2023     200

Rüşvətxorluqda təqsirli bilinən Ali Radanın deputatı Andrey Odarçenko Zelenskinin partiyasından xaric edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” partiyasının rəhbəri Yelena Şulyak “Facebook” səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, müvafiq qərar intizam komissiyasının iclasında qəbul edilib. Xalq deputatının xaric edilməsi partiya üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Andrey Odarçenko Ukraynanın Yenidənqurma və İnfrastrukturun İnkişafı üzrə Dövlət Agentliyinin rəhbəri Mustafa Nayemə rüşvət verməyə cəhddə şübhəli bilinir. Deputat dövlət qulluqçusuna əməliyyat zamanı 10 min dollara bərabər olan 0,39 bitkoin məbləği təklif edib.

NƏRGİZ