Paşinyan Rusiyanı ittiham etdi
“Rusiya Ermənistanın ödənişini artıq etdiyi silahları ölkəyə göndərməyib”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Ödəniş müqabilində silah və texnikanın ölkəyə göndərilməməsi məsələsinə gəldikdə isə, əlbəttə, belə problemlər mövcuddur”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, hazırda bu problemin həll edilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır: “Variantlar çoxdur. Məsələn, ödənilən məbləğ qarşılığında Ermənistanın Rusiyaya olan borcunun azaldılması”.
O əlavə edib ki, Rusiyanın hazırda özünün silaha ehtiyacı var və buna görə də İrəvan müzakirələrin konkret nəticələr gətirəcəyinə ümid edir.