Rusiya ötən gecə Kiyevə irimiqyaslı PUA hücumu həyata keçirib

 11:34 25.11.2023     283

Rusiya qüvvələri noyabrın 25-dən 26-na keçən gecə Ukraynaya İran istehsalı olan "Şahed 131/136" kamikadze dronları ilə hücum edib.

Redaktor.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna hava qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukrayna havadan müdafiə qüvvələri atılan 76 hücum PUA-larının 71-ni zərərsizlışdirib. Hücumun əsas istiqaməti Kiyev olub. Kiyevə 40 dronun atıldığı bildirilib. Hücum nəticəsində 2 nəfər yaralanıb.