Ukrayna Krım körpüsü ilə bağlı “sürprizlər” vəd edir

 12:29 25.11.2023     248

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisi Vasili Malyuk bildirib ki, Krım körpüsü ilə bağlı çoxlu “sürprizlər” hazırlayırlar.

Redaktor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə o, UTX-nin yutubda dərc olunan sənədli filmində bildirib.

Onun sözlərinə görə, UTX-nin Krım körpüsünə iki uğurlu hücumu logistik marşrutu kəsib və hazırda körpü tam işlək vəziyyətdə deyil.

V.Malyuk deyib ki, Krım körpüsünün “taleyi həll olunub”: “UTX-nin pilotsuz uçuş aparatları Rusiyanın müdafiəsinə 1 milyard dollar xərclədiyi Krım körpüsünün etibarsızlığını üzə çıxarıb”.