Qərbin sanksiyaları səbəbindən Rusiyanın itirdiyi sərnişin təyyarələrinin sayı açıqlandı
Qərbin sanksiyaları səbəbindən Rusiya 76 sərnişin təyyarəsini itirib.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyada cəmi 1302 hava gəmisi var ki, onlardan 1167-si sərnişin təyyarəsidir.
“Ümumilikdə texniki parkinqdə olan, xaricdə xidmət göstərən və ya bəzi reysləri yerinə yetirmək üzrə olan 76 sərnişin təyyarəsini itirdik. Sadəcə olaraq həmin təyyarələrə həbs qoyuldu”, - deyə rusiyalı nazir vurğulayıb.