Ermənistan Səudiyyə ilə diplomatik əlaqələr qurdu
Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əlaqələrin qurulması barədə protokol ötən gün Əbu-Dabidə imzalanıb.
İmzaları Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar atıb.