Roma Papası bütün rəsmi görüşləri ləğv etdi
Vatikanda Roma Papası Fransisklə şənbə səhərinə planlaşdırılan bütün audiensiyalar ləğv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
Onun sözlərinə görə, buna səbəb pontifikin səhhətində yaranan problemlərdir.
Qeyd edilir ki, Roma Papası Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşməli idi.