Bütün girovları qaytarılana qədər müharibə davam edəcək - İsrail ordusu
HAMAS ilə atəşkəsdən sonra İsrail hərbçiləri dərhal Qəzza zolağına zərbələr endirməyə qayıdacaq.
Redaktor.az-ın “The Times of Israel” nəşrinə istinadən verdiyi məlumata görə, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.
Halevi bildirib ki, atəşkəs və girov razılaşması İsrail ordusunun HAMAS üzərində təzyiqi olmadan baş tutmayacaqdı.
“Biz bütün girovları qaytarana qədər bu səyləri dayandırmaq niyyətində deyilik, istəmirik və buna hazır deyilik... Onları geri qaytarmaq bizim mənəvi borcumuzdur”, - general vurğulayıb (apa).