London polisi Fələstinə dəstək aksiyasında 18 etirazçını saxladı
Polis şənbə günü Londonda Fələstini dəstəkləyən nümayişlərin 18 iştirakçısını saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə polis təşkilatının saytında dərc olunan məlumatda deyilir.
Ümumilikdə polis 18 nəfəri saxlayıb, onlardan bəziləri irqi ədavəti qızışdırmaqda şübhəli bilinir. Onların hər ikisinin Böyük Britaniyada terror təşkilatı kimi tanınan radikal HAMAS hərəkatının simvolları olan yaşıl sarğı taxdıqları görülüb (apa).