Papanın vəziyyəti açıqlandı
Roma Papası Fransiskə qrip diaqnozu qoyulduqdan sonra Aqostino Gemelli xəstəxanasında müayinə olunub.
Redaktor.az “Vatican News”a istinadən xəbər verir ki, Papa Fransisk kompüter tomoqrafiyasından keçib və onun ağciyərlərində heç bir ağırlaşma aşkar edilməyib.
“Ağciyərin ağırlaşmaları riski ilə bağlı testlər mənfi çıxdı və o daha sonra Vatikandakı iqamətgahına qayıtdı”, - nəşr vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Papa Fransiskin yüngül qripə görə səhər görüşlərini ləğv etdiyi, bundan sonra müayinə üçün xəstəxanaya getdiyi bildirilib.