HƏMAS-ın silahlı qanadı dörd liderin öldürüldüyünü təsdiqlədi

 16:34 26.11.2023     248

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşması dörd liderinin öldüyünü təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunan məlumatda deyilir.

Öldürülənlər arasında Vael Rəcəb, Rafaat Salman, Ayman Siyam və Şimal Briqadasının komandiri Əhməd əl-Qandur da var.

İsrail tərəfi isə bəyan edib ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10-dan yüksək rütbəli komandiri məhv edilib.

İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir (report).