Bayden müsəlman liderlərdən üzr istədi

 09:44 27.11.2023     276

ABŞ prezidenti Co Bayden HƏMAS-ın Qəzza zolağında ölənlərin sayını açıq şəkildə sorğuladıqdan sonra müsəlman Amerika liderlərindən üzr istəyib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

“Fələstinlilərin həlak olanların sayı ilə bağlı həqiqəti söylədiklərinə əmin deyiləm. Əminəm ki, günahsız insanlar həlak olub və bu, müharibə aparmağın bədəlidir”, - deyə siyasətçi oktyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Bayden daha sonra beş Amerika müsəlman lideri ilə görüşüb. Görüş zamanı o, liderlərin Yaxın Şərqdəki münaqişənin bilavasitə təsirinə məruz qalmış tanıdıqları haqqında danışdıqlarını dinləyib. Öz növbəsində prezident peşman olduğunu və məyus olduğunu bildirib.

Müsəlman liderlərin Baydeni fələstinlilərə daha çox mərhəmət göstərməyə çağırdığı və görüşün sonunda Baydenin iştirakçılardan birini qucaqladığı iddia edilir.

Humay İSGƏNDƏRLİ