190 minə yaxın sakin işıqsız qaldı
"Ukraynanın Donetsk şəhərində qasırğa səbəbindən 190 minə yaxın sakin işıqsız qalıb, 200-dən çox qazanxana fəaliyyətini dayandırıb".
Redaktor.az "interfaks"a istinadla xəbər verir ki, bu barədə Donetsk meri Aleksey Kulemzin bildirib.
Bundan əvvəl Donetsk Xalq Respublikasının meteoroloji xidmətləri bölgədə qasırğanın olduğunu bildirmişdi.
Həmidə İBRAHİMLİ