Moskvada hava şəraiti ilə əlaqədar onlarla reys ləğv edildi

 10:47 27.11.2023     204

Bu gün Moskvanın üç hava limanında pis hava şəraiti səbəbindən azı 46 reys gecikib və ləğv edilib.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir ki.

Vnukovoda 13 təyyarə gec havaya qalxıb, 3 reys baş tutmayıb. Domodedovoda da 13 reys gecikib, daha 2 reys isə ləğv edilib. Şeremetyevoda 13 reys plandankənar həyata keçirilib, 2 reys ləğv edilib.

Eyni zamanda, Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, səhər saat 6:00-dan Jukovski hava limanı uçuş-enmə zolağının təmizlənməsi üçün bağlanıb.

Departamentdən bildirilib ki, onlarla reyslərin kəsilməsinə və çətin hava şəraitinə baxmayaraq, paytaxtın hava limanları normal rejimdə işləyir. “Aerodromlarda güclü qar, çovğun və şaxtalı yağışlar hökm sürür”, - nəşr yazır.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin şəhər sakinlərinə güclü qar yağması ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, səhərə qədər qar örtüyünün hündürlüyü 16 santimetrə çatacaq.

NƏRGİZ