Britaniya bu halda yəhudiləri dəstəkləməyə davam edəcək - Rişi Sunak AÇIQLADI
Böyük Britaniyanın Baş naziri Rişi Sunak antisemitizmi bütün forma və təzahürlərini, o cümlədən amerikalı sahibkar İlon Maskın mövqeyini tənqid edərək pisləyib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
"Mən ünsiyyətdə olduğum hər kəsin dediklərinə əməl etmirəm. Təbii ki, antisemitizmə nifrət edirəm. Bütün bu vəziyyətin əvvəlindən biz birmənalı şəkildə deyirdik ki, cəmiyyətimizdə bu, qəbuledilməzdir", - deyə baş nazir "Bloomberg TV"-yə müsahibəsində bildirib.
Jurnalistin İlon Maskı qınayıb-qınamadığına dair sualına cavab olaraq Sunak deyib ki, o, “antisemitizmin bütün təzahürlərini pisləyir. Bu, hər hansı bir şəxsə aid deyil, mən antisemitizmin bütün formalarını pisləyirəm. İstər İlon Mask, istərsə də küçədə yoldan keçənə qışqıraraq təhqir edən bir insan olmağınızın fərqi yoxdur”, – Britaniyanın baş naziri qeyd edib.
Sunak həmçinin qeyd edib ki, Britaniya hakimiyyəti antisemitizm hisslərinin artması fonunda yəhudilərin təhlükəsizliyinin qayğısına qalacaq və onları dəstəkləməyə davam edəcək.
NƏRGİZ