"Qərbin təsirini saxlamaq cəhdləri Yaxın Şərqdə və Ukraynada vəziyyəti gərginləşdirib"

 11:40 27.11.2023     209

Dünyaya hökmranlıq etməyə öyrəşmiş bir qrup ölkəni zəifləyən təsirlərini saxlamaq üçün heç bir şey dayandırmayacaq.

Bu sabitliyi pozan xətt Yaxın Şərqdə və Ukraynada gərginliyə səbəb olub.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Pezidenti Vladimir Putin deyib.

"Dünyaya hökmranlıq etməyə öyrəşmiş tanınmış bir qrup ölkələr öz zəifləyən təsirlərini saxlamaq üçün heç nəyə əl atmır, açıq-aşkar şantaj və zor tətbiq edərək, beynəlxalq hüquq sistemini bir növ “qaydalara əsaslanan nizam”la əvəz edir. Bu sabitliyi pozan xətt həm Ukrayna ətrafında böhranlı vəziyyətə, həm də Fələstin-İsrail münaqişəsinin faciəvi şəkildə kəskinləşməsinə səbəb olub”, - deyə prezidentin Kremlin saytında dərc olunmuş “Primakov oxunuşları” beynəlxalq forumunun iştirakçılarına  göndərdiyi təbrikində deyilir.

NƏRGİZ