Rusiya Qəzza ilə bağlı bunu qəbuledilməz hesab edir

 11:54 27.11.2023     251

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya-24” telekanalının efirində bildirib ki, Rusiya Qəzza zolağına beynəlxalq nəzarətin yaradılması və ya münaqişə nəticəsində onun bölünməsi ilə bağlı fikirləri qəbuledilməz hesab edir.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

“Qəzza zolağına beynəlxalq nəzarət və zolağın bir növ bölünməsi tamamilə qəbuledilməz. Qəzza əhalisini zolağın xaricində bir yerə köçürmək və bununla da problemi həll etmək lazım olduğuna dair tamamilə qəbuledilməz mülahizələrdən hələ danışmıram", - diplomat bildirib.

"Əsas lazım olan güclü beynəlxalq dəstəkdir. Aydındır ki, danışıqlar prosesi öz-özünə dayanmır, bu, həqiqətən də çox şeylərin bir-birinə qarışdığı problemin mürəkkəbliyini əks etdirir", - Rusiya səfiri əlavə edib.

Bu baxımdan Viktorov beynəlxalq vasitəçilərin “dördlüyü”nün rolunu da xatırladıb: “Biz həmişə demişik ki, dördlük ilk növbədə region ölkələri ilə sıx koordinasiya və qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Onlar ilk növbədə sülhün və sabitliyin bərpasında maraqlıdırlar”, - deyə o qeyd edib.

NƏRGİZ