İsrail atəşkəsi iki gün uzatmaq üçün HƏMAS-dan cavab gözləyir

 11:57 27.11.2023     248

İsrail atəşkəsi iki gün uzatmaq üçün HƏMAS-dan cavab gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, humanitar atəşkəsin uzadılması üçün HƏMAS digər qruplar tərəfindən saxlanılan daha 40-a yaxın girov, qadın və uşaq haqqında Təl-Əvivə məlumat verməlidir. O qeyd edib ki, Doha neçə girov “tapa biləcəkləri” barədə dəqiq məlumat əldə edə bilməyib.

Bildirək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqladı. Razılaşmalar İsrail həbsxanalarından 150 yeniyetmə (19 yaşdan aşağı) və qadınların azad edilməsi müqabilində anklavda saxlanılan 50 uşaq, yeniyetmə (19 yaşdan aşağı) və qadının azad edilməsini nəzərdə tutur. 

NƏRGİZ