İspaniya XİN rəhbəri sülh üçün Fələstini yeganə etibarlı tərəfdaş adlandırıb
İspaniyanın xarici işlər naziri sülhə nail olmaq üçün Fələstin dövlətini yeganə etibarlı tərəfdaş adlandırıb.
Redaktor.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın top diplomatı Barselonada keçirilən Aralıq dənizi Birliyi Forumunda çıxışında deyib.
Nazir Xose Manuel Albares bildirib ki, "Fələstin Administrasiyası (dövləti - red.) Yaxın Şərqdə sülhə nail olmaq üçün yeganə mümkün və etibarlı tərəfdaşdır".