ABŞ hərbçiləri dəniz quldurlarını ələ keçirdilər

 16:40 27.11.2023     217

Yəmən sahillərində “Central Park” tankerinə hücum edən dəniz quldurları ABŞ ordusu tərəfindən saxlanılıb və sorğu-sual ediliblər.

Redaktor.az bu barədə "RT.ru" istinadən xəbər verir.

Məlumata görə, ekipajdan xəsarət alan yoxdur, gəmidəki yüklərə ziyan dəyməyib.

Qeyd edək ki, bir gün əvvəl İsraillə əlaqəli olan “Central Park” neft tankeri Yəmən yaxınlığında ələ keçirildi barədə məlumat yayılıb. Gəminin “Zodiac Maritime” şirkətinə məxsus olduğu vurğulanıb.