İlon Mask HƏMAS-ın məhv edilməsinin zəruriliyi ilə razılaşıb

 17:25 27.11.2023     299

Tesla və SpaceX-in, eləcə də X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqda Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsi ilə bağlı fikri ilə razılaşıb.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

“Bəli, başqa variant yoxdur”, - deyə hərəkatın aradan qaldırılmasının zəruriliyinə işarə edən Mask İsrailin baş naziri ilə X sosial şəbəkəsində audio söhbəti zamanı deyib.

Bundan əlavə, iş adamı qeyd edib ki, o, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası”da kömək etmək istəyir.

“HƏMAS-dan fərq ondan ibarətdir ki, İsrail mülki insanları öldürməkdən yayınmağa çalışır”, - iş adamı əlavə edib.

Bildirək ki, noyabrın 27-də Mask İsrailə səfərə gəlib. 

NƏRGİZ